GÖZÜNÜN UCU İLƏ DƏ BAXMAMAQ

bigаnə yanaşmaq, diqqət və əhəmiyyət verməmək; özünü gözütox aparmaq.

GÖZÜNÜN ÖNÜNDƏN KEÇİRMƏK
GÖZÜNÜN YAĞINI ƏRİTMƏK
OBASTAN VİKİ
BƏƏ-də təhsil
BƏƏ-də təhsil — Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == BƏƏ tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. BƏƏ-nin müasir təhsil sistemi əsasən XX əsrin ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə ölkədə çox az sayda formal məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə məktəblərin yaradılması proqramının tətbiqi təhsil sisteminin nisbətən genişlənməsinə səbəb oldu. BƏƏ-də neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilmişdir. Ölkədə təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal hökumətin ümumi xərclərinin 25 faizini təhsilə sərf edir. Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz təşkil edir. Bu ölkədə əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı tədbirlər həyata keçirilir.
SSRİ-də sənayeləşmə
SSRİ-də sənayeləşmə 1929-cu ilin mayından 1941-ci ilin iyununa qədər həyata keçirilən inkişaf etmiş kapitalist dövlətlərindən iqtisadiyyatın geri qalmasını azaltmaq məqsədilə Sovet İttifaqının sənaye potensialının sürətlə artması prosesindən ibarət idi. Sənayeləşmənin rəsmi vəzifəsi Sovet İttifaqının əsasən aqrar dövlətdən aparıcı sənaye dövlətinə çevrilməsi idi. Sosialist sənayeləşməsinin başlanğıcı "cəmiyyətin kökündən yenidən qurulmasının üçqat tapşırıqı" (sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi və mədəni inqilab) tərkib hissəsi kimi əsası xalq təsərrüfatının ilk beşillik inkişaf planı (1928-1932) ilə qoyulmuşdur. Bu dövrdə yeni dövlət istehsal fondlarının yaradılmasına 45 000 000 000 rubl sərmayə qoyulmuşdur. Sovet dövründə sənayeləşmə, sovet mətbuatının yazdığı kimi, böyük qoçaqlıq hesab olunurdu. Ağır sənaye istehsalının istehsal güclərinin və həcmlərinin sürətlə artması kapitalist ölkələrindən iqtisadi müstəqilliyin təmin edilməsi və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyətə malik idi. Bu zaman Sovet İttifaqı aqrar ölkədən sənaye ölkəsinə keçid etdi. Böyük Vətən müharibəsi zamanı Sovet sənayesi nasist Almaniyasının sənayesi üzərində üstünlüyünü sübut etdi. Ölkənin elektrikləşdirilməsi planının hazırlanmasına hələ 1915-ci ildə başlanılıb və müəyyən fasilədən sonra bolşeviklərin dövründə davam edib. 1920-ci ilin dekabrında QOELRO planı VIII Ümumrusiya Sovetlərinin qurultayı tərəfindən bəyənilmişdir, bir il sonra isə IX Ümumrusiya Sovetlərinin qurultayı təsdiq edilmişdir.
SSRİ-də təhsil
SSRİ-də xalq təhsili sistemi — Sovet İttifaqında mövcud olan təhsil sistemidir. Sovet İttifaqında təhsil şəxsiyyət xüsusiyyətlərinin tərbiyəsi və formalaşması ilə sıx bağlı idi. Sovet məktəbi təkcə ümumtəhsil problemlərini həll etməyə, şagirdlərə təbiətin, cəmiyyətin və təfəkkürün inkişaf qanunauyğunluqları haqqında bilikləri, əmək vərdiş və bacarıqlarını öyrətməyə deyil, həm də bu əsasda şagirdlərin kommunist baxışlarını və əqidəsini formalaşdırmaq, tələbələri yüksək mənəviyyat, sovet vətənpərvərliyi və proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə etmək idi . Sovet İttifaqında təhsilin prinsipləri hələ 1903-cü ildə RSDLP-nin II Qurultayında elan edilmiş RSDLP Proqramında təsbit edilmişdir: hər iki cinsdən olan uşaqlar üçün 16 yaşa qədər universal pulsuz icbari təhsil; sinif məktəblərinin ləğvi və milli əsaslarla təhsildə məhdudiyyətlər; məktəbin kilsədən ayrılması; öz ana dilində öyrənmək və s. Sovet dövləti yaranandan bəri təhsilə üstünlük verilirdi.1917-ci il noyabrın 9-da (1917-ci il oktyabrın 26-da (8 noyabr) II Ümumrusiya Sovetlər Qurultayından sonrakı gün) Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin birgə dekreti ilə təhsil üzrə Dövlət Komissiyası yaradıldı bütünlükdə xalq maarif və mədəniyyət sistemini idarə etmək vəzifəsi həvalə edilən təhsil üzrə Dövlət Komissiyası yaradılmışdır. Rusiya Sosialist Federativ Sovet Respublikası zəhmətkeşlərin biliyə real çıxışını təmin etmək üçün fəhlələri və ən yoxsul kəndliləri tam, hərtərəfli və pulsuz təhsillə təmin etmək vəzifəsini qoyur. 1918-ci ilin oktyabrında "RSFSR-nin vahid əmək məktəbi haqqında" əsasnamə məktəb yaşlı uşaqların pulsuz və birgə təhsilini tətbiq etdi . 1919-cu il dekabrın 26-da ölkə əhalisinin səkkiz yaşından əlli yaşınadək oxuyub yaza bilməyən bütün əhalisinin öz istəkləri ilə öz ana və ya rus dilində oxumağı və yazmağı öyrənməli olduğunu bildirən fərman imzalandı. Əhalinin əhəmiyyətli hissəsinin, xüsusən də kəndlilərin savadsızlığı ciddi problem idi. Sovet rəhbərliyi ümumi savadlılığa nail olmağı prioritet məsələlərdən biri hesab edirdi.
Sənə də qalmaz
Sənə də qalmaz — musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan mahnıdır. İlk dəfə Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilmişdir.
Tintin SSRİ-də
Tintin Sovetlər ölkəsində — Belçika yazıçısı Erjenin yazdığı Tintin macəralarından biri. Tintin macəralarının birincisidir. 20 yanvar 1929-cu ildən 11 may 1930-cu ilə kimi "Le Petit Vingtième" yayımlanmışdır. Tintin sadiq iti Milu ilə birlikdə işlədiyi qəzetdən iş üçün SSRİ-nin paytaxtı Moskvaya göndərilir. Onun mindiyi qatar Rusiya gizli polis təşkilatı tərəfindən partladılır və bu "qəza"nın müqəssirinin Tintin olduğunu iddia edirlər. Tintin həbsxanaya göndərilir, amma polisdən yayınaraq oradan qaça bilir. Daha sonra maşın oğurlayır və Moskvaya çatmazdan qabaq başına bir neçə hadisə gəlir. Burada o, SSRİ-nin silah gücü ilə insanlara səs verdirtdiyini və boş fabrikaların sadəcə əcnəbiləri aldatmaq üçün tikildiyini görür. Həmçinin SSRİ-nin sadəcə kommunist olan gəncləri işlə təmin etdiyini öyrənir. Tintin Moskvanın buğda cəhətdən aclıq çəkdiyini, beləcə SSRİ liderlərinin kommunist maskası altında tarlaları talan etmək fikirlərini görür.
ABŞ-də QİÇS
ABŞ-də QİÇS (ing. HIV/AIDS in the United States) — Amerika Birləşmiş Ştatlarında QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir. 320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır. Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib.
ABŞ-də din
ABŞ-də din — ABŞ konstitusiyasına edilən birinci dəyişiklik dinin azad həyata keçirilməsinə zəmanət verir və qurulmasına uyğun olaraq Konqresi qanunların qəbul edilməsinə qadağa qoyur. 2013-cü ildəki sorğuda amerikalılar 56%-i dinin "onların həyatında çox önəmli rol" oynadığını demişdilər, bu rəqəm də digər inkişaf etmiş ölkələrdən çok daha yüksəkdir. 2009-cu il Qellap sorğusunda amerikalıların 42%-i həftəlik və ya demək olar ki, həftəlik kilsədə iştirak etdiyini söylədilər, bu rəqəm ən az Vermontda olmaqla 23% və ən çox Missisipidə olmaqla 63% dəyişir.
ABŞ-də fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. == Tarixi == 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi. Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880-ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 iyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874-cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi. 1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu.
ABŞ-də idman
ABŞ-də idman (ing. Sports in the United States) — ABŞ mədəniyyətinin mühüm tərkib hissələrindən biri. Amerika futbolu bir çox göstəriciyə görə ən məşhur tamaşaçı idmandır, Milli Futbol Liqası (NFL) dünyada ən yüksək ortalama iştirakçıya malik idman liqasıdır və Super Boul dünyada milyonlar tərəfindən izlənilir. Beysbol XIX əsrin sonundan ABŞ-nin milli idman növü olaraq qəbul edilib, Böyük Beysbol Liqası (MLB) üst liqadır. Basketbol və buzüstü hokkey ölkənin növbəti iki aparıcı peşəkar komanda idmandır, Milli Basketbol Assosiasiyası (NBA) və Milli Hokkey Liqası (NHL) üst liqalardır. Bu dörd böyük idman peşəkarlıqla oynanıldıqda hər biri ilin fəqli, lakin üst-üstə düşən vaxtlarında bir mövsüm keçirirlər. Kollec futbolu və basketbolu böyük auditoriyanı cəlb edir. Futbolda ölkə 1994 FİFA Dünya Kubokuna ev sahibliyi etdi, kişi milli futbol komandası on dəfə Dünya Kubokuna vəsiqə qazanıb və qadın milli futbol komandası üç dəfə FİFA Qadınlararası dünya çempionatı qalibi olub, MLS ABŞ-də bu idmanın ən yüksək liqasıdır (21 Amerika və 3 Kanada komandası çıxış edir). ABŞ-də professional idman bazarı təxminən 69 milyard $ təşkil edir, bu bütün Avropa, Yaxın Şərq və Afrika ölkələrinin cəmindən təxminən 50% böyükdür. ABŞ-də səkkiz Olimpiya oyunları təşkil edilib (2028 Yay Olimpiya Oyunları doqquzuncu olacaq).
ABŞ-də köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-də seçkilər
== Maliyyələşmə == ABŞ-də bu məsələ 1971-ci ildə qəbul edilmiş Seçki kampaniyaları haqqında Federal Aktla tənzimlənir. ABŞ-də siyasi partiyalara seçki zamanı könüllü "donorlar" pul buraxır. 1996-cı ildə bu xərclər Senata keçirilən seçki kampaniyasında 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə ½ -ni təşkil edib. Akt seçki ianələrini ciddi çəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Amerikanın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır. ABŞ-nin iki partiyası — Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər. Məsələn, ABŞ seçkilərlə bağlı Federal Komissiyasının məlumatlarına görə, 2005-ci ilin yanvarından 2006-cı ilin iyununa qədər Respublikaçıların seçki Fonduna 695 milyon dollar yığılıb.
ABŞ-də təhsil
ABŞ-nin təhsil sistemi – ABŞ-nin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir. ABŞ-də savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var.
SSRİ-də fəlsəfə
SSRİ-də fəlsəfə — XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur. XX əsrin 20–30-cu illərində bir sıra görkəmli alim–filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər.
SSRİ-də fəlsəfəsi
SSRİ-də fəlsəfə — XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur. XX əsrin 20–30-cu illərində bir sıra görkəmli alim–filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər.
ABŞ-də liberalizm
Amerika Birləşmiş Ştatlarında liberalizm fərdin hüquqlarının qəsb edilməzliyi əsasında təşkil olunmuşdur. Liberal ideyaların əsasları kimi söz azadlığı, mətbuat azadlığı, inanc azadlığı, din və dövlətin ayrılığı, haqqların qorunması və qanun qarşısında bərabərlik kimi dəyərlərin azadlıqçı fikirləri qəbul edilir. ABŞ liberalizminin dünyadakı liberalizmdən oturmuş ənənəvi aristokratiyası olmadığına görə fərqlənir və Avropadakı sinfi mübarizəni özündə ehtiva etmir.
ABŞ-də səhiyyə
ABŞ-də səhiyyə, əsasən, özəl şirkətlər tərəfindən təmin olunur və ödənişlər dövlət xidmətləri, ictimai sığortalar və pasiyentlərin özləri tərəfindən edilir. Amerika Birləşmiş Ştatları universal səhiyyə xidməti mövcud olmayan yeganə inkişaf etmiş ölkədir.
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. == Mədəni xüsusiyyətlər == Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Kəsmə ilə emal
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir.
Palitra ilə avtoportret
Palitra ilə avtoportret (fr. Portrait de soi avec la Palette) — Fransız boyakarı Pol Sezannın məşhur avtoportretlərindən biridir. Əsər İsveçrənin Sürix şəhərində yerləşən E.G.Bührle fonduda saxlanılır.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Slavyanka ilə vidalaşma
"Slavyanka ilə vidalaşma" (rus. Прощание славянки) — bəstəkar Vasili Aqapkin tərəfindən Birinci Balkan müharibəsində ərlərini müşayiət edən slavyan qadınların şərəfinə yazılmış Rusiya vətənpərvərlik marşı. Marş 1912-ci ilin sonunda Tambovda yazılmış və premyerası olmuşdur. 1915-ci ilin yayında Kiyevdə qrammofon sinqlı kimi buraxıldı. Slavyanka "slavyan qadını" deməkdir. Melodiya Rusiyada və ona daxil olan ölkələrdə Birinci Dünya müharibəsi illərində, rus əsgərləri evlərini tərk edərkən və marşın musiqisi ilə müşayiət olunanda populyarlıq qazandı. 1941-ci il noyabrın 7- də Qırmızı meydanda keçirilən parad zamanı da nümayiş edildi, bundan sonra əsgərlər birbaşa Moskva döyüşünə getdilər. Bu marş həm də admiral Kolçakın Ağ Ordusunun qeyri-rəsmi himni kimi istifadə olunurdu. Qərb mənbələri iddia edirdi ki, mahnı 1957-ci ildə mükafata layiq görülmüş "Durnalar uçur" filmində istifadə edilməzdən əvvəl senzuradan keçməyən mövzular ilə bağlı sözləri olduğu üçün qadağan edilib. Bununla belə, bundan əvvəl ifa olunan mahnının bir çox sənədləri var, bir çoxunu Aqapkinin özü idarə etdi.
Xanım sincab ilə
"Xanım gəlincik ilə" (it. Dama con l'ermellino) — Leonardo da Vinçinin portretlərindən biri. Tədqiqatçıların çoxunun fikrincə bu portretdə Sisilya Qallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sforsun sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır. Bu rəsm əsəri "Mona Liza", "Cinevra de Bençinin portreti" və "Gözəl Ferronyera" ilə yanaşı Leonardoya məxsus dörd qadın portretindən biridir. Ənənəvi olaraq hesab edilir ki, portretin modeli Milan hersoqunun məşuqəsi Sisilya Qalleranidir. Əvvəllər belə bir ehtimal mövcud idi ki, həmin qadın Leonardonun başqa bir portretində — "Gözəl Ferronyera" əsərində də təsvir olunmuşdur. Lakin hazırda, "Gözəl Ferronyera"dakı modelin, uzun müddət hersoqun məşuqəsi olmuş Lukresiya Krivelli olduğu güman edilir. Bu portretin Qalleraninin təsviri ilə identifikasiyası ən yeni dövrə aiddir. Hələ 1877-ci ildə Leonardo yaradıcılığının tədqiqatçıları yazırdılar: Ehtimal edilir ki, Milan sarayında işləyən Leonardo, portreti Sisilya hersoqun sevgilisi olanda, yəni 1489–1490-cı illərdən başlayaraq işləmişdir. Ədəbiyyatda bir qayda olaraq portretdə 17 yaşlı Sisilyanın təsvir edildiyi göstərilsə də, bu sübut edilməmişdir.
Poladın izi ilə
Poladın izi ilə — Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunan sənədli film. "Poladın izi ilə" sənədli filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb. Filmin təqdimat mərasimi 4 may 2022-ci ildə, Nizami Kino Mərkəzində keçilirmişdir.